RU

Aktaudakı Baş konsulluq: Bəzi meyitlər tanınmaz haldadır

Təəssüf ki, təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır.

Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.

Qəza ilə bağlı istintaqın aparıldığını bildirən Baş konsulun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək: “Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmən cənazələr də Azərbaycana göndəriləcək”.

Ayxan Süleymanlı vurğulayıb ki, Azərbaycan Səhiyyə Nazirliyi və Baş Prokurorluğundan ibarət heyət xəstəxanada olan xəstələrlə maraqlanırlar: “Eyni zamanda, DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək”.

Избранный
13
16
tribunainfo.az

10Источники