RU

Rusiyada ikinci olan azərbaycanlı güləşçi: “Finalda sona 40 saniyə qalmış səhvə yol verdim”

Finalda sona 40 saniyə qalmış səhvə yol verdim.

Bunu “Report”a açıqlamasında Rusiyada keçirilən kəmər güləşi üzrə beynəlxalq turnirdə gümüş medal qazanan Azərbaycan idmançısı Gözəl Zutova deyib.

O, yarışa hazırlaşmaq üçün çox vaxt olmadığını bildirib:

“Həmişə 76 kq-da güləşirəm. Rusiyada isə +76 kq çəkidə mübarizə apardım. Yarışa az vaxt qalmış mənə məlumat vermişdilər. Ona görə də hazırlaşmaq üçün çox vaxt yox idi. Həm də zədəm olduğuna görə, çəki salmaq istəmədim. Rəqiblərim isə 130-140 kq idilər. Üç nəfəri - rusiyalı, özbəkistanlı və tacikistanlı rəqiblərimi məğlub etdim. Finalda isə qırğızıstanlı güləşçi ilə qarşılaşdım. Əslində finala qədər məğlub etdiyim rus güləşçi daha güclü idi. Finalda sona 40 saniyə qalmış səhvə yol verdim. Həm də çəki ağır idi deyə, müdafiə olunsaydım, zədə alacaqdım. Öz çəkimdə olsaydı, fənddən çıxa bilərdim”.

Güləşçi qarşıdakı planları barədə də məlumat verib:

“Yanvarın 30-da Hindistanda qazax güləşi üzrə dünya çempionatı keçiriləcək. Hazırlıqlara başlamışam, gündə iki dəfə məşq edirik. Yarışda çempion olmaq istəyirəm. Ötən il öz çəkimdə Avropa və dünya çempionluğunu qazanmışdım. Bu il də birinci olmaq istəyirəm”.

Qeyd edək ki, Gözəl Zutova Rusiyanın Ufa şəhərində keçirilən yarışda +76 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Избранный
23
1
far.az

2Источники