RU

Bələdiyyə sədri qanunsuz ova görə cərimələndi

Beyləqan rayon Şəfəq bələdiyyəsinin sədri Cəlilov Paşa Kamil oğlu barədə protokol tərtib edilib.

Modern.az-ın məlumatına görə, bələdiyyə sədri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü(. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Beyləqan rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, bələdiyyə sədri min manatdan iki min manatadək məbləğdə cərimə edilə, yaxud ov hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırıla bilər.

 

Избранный
9
9
modern.az

10Источники