RU

Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi Londonda da yad edilir

London, 26 dekabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatlarını itirənlərin xatirəsi Londonda yad edilir.

AZƏRTAC xəbər verir ki, matəmlə əlaqədar Azərbaycanın Londondakı səfirliyinin binasında dövlət bayrağı yarıya qədər endirilib və dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. London sakinləri, diasporumuzun üzvləri səfirliyimizin binası qarşısına gül dəstələri gətirir, həlak olanların xatirəsini ehtiramla yad edirlər.

Xarici ölkələrin Londondakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
25
50
azertag.az

10Источники