Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan olunması ilə bağlı ölkəmizin Tacikistan Respublikasındakı səfirliyində dövlət bayrağı yarıya endirilib və 26-27 tarixləri üçün xatirə kitabı açılıb.
Korrespondent.az xəbər verir ki, bu barədə ölkəmizin Azərbaycanın Tacikistan Respublikasındakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Tacikistan Respublikasının rəsmi nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və əməkdaşları, universitet tələbələri, habelə diaspor nümayəndələri Azərbaycan Respublikasının səfirliyini ziyarət edərək təyyarə qəzasında insanların həlak olması ilə bağlı başsağlığı verib, gül dəstələri qoyub və açılmış xatirə kitabına ürək sözlərini yazıblar.