Dekabrın 26-da ölkəmizin İraqdakı səfirliyinin binasının üzərindən Azərbaycan Respublikasının Dövlət Bayrağı dirəyinin yarısına qədər endirilib və saat 11:00-dan etibarən başsağlığı kitabı açılıb. Həmin gün İraq Prezidentinin nümayəndəsi, Prezident Administrasiyası rəhbərinin müavini Xalid Alvan Əş-Şəlləl, Prezidentin Protokol Xidmətinin rəisi vəzifələrini icra edən xanım Şeyma Səfa Əl-Maşita, Birgə Komissiyanın həmsədrinin nümayəndəsi, Rabitə Nazirliyinin Əlaqələr və media departamentinin rəisi Amr Əbdürrəzzaq Musab, İraq XİN-in Asiya və Avstraliya Departamentinin rəisi Hamid Əl-Cuburi, İraq DİN-in Səfirliklərin və Diplomatik Nümayəndəliklərin Mühafizəsi Baş İdarəsinin rəis müavini General Məhəmməd Ammar Məhəmməd, İraq Parlamentinin İnsan haqları komitəsinin sədri, türkmən millət vəkili Ərşad Salihi, Türkiyənin İraqdakı səfiri Anıl Bora İnan və digər diplomatik nümayəndəliklərin rəhbərləri səfirliyə gələrək başsağlığı verib və matəm kitabında ürək sözlərini yazıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta