AzVision.az xəbər verir ki, amerikalı sahibkar, milyarder İlon Mask “X” sosial şəbəkəsində “Kalshi” bukmeker platformasının paylaşımını belə şərh edib.
Həmin paylaşımda ABŞ-nin ciddi məxaric problemivə 36 trilyon dollar həcmində artan milli borcununolduğu diqqətə çatdırılır. Eyni zamanda, platformadövlət borcu probleminin “onilliklər ərzində ilk dəfə” İlon Maskın tezliklə rəhbərlik edəcəyi yeni Hökumətin Səmərəliliyinə nail olmaq Departamenti (DOGE) sayəsində həllini tapa biləcəyini vurğulayıb.
“ Ya biz bunu düzəldəcəyik, ya da faktiki şəkildəmüflis olacağıq”,- amerikalı sahibkar “X” sosial şəbəkəsindəki səhifəsində nəşri şərh edərkən yazıb.
Hələ prezident seşkilərindən əvvəl İlon Mask artıq ABŞ-nin iflasa doğru çox sürətlə getdiyi barədə xəbərdarlıq edərək, Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Amerikanın büdcə xərclərini ən azı 2 trilyon dollar azaldacağına söz vermişdi.
Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə, ABŞ-nin dövlət borcunun səviyyəsi 2024-cü ilin sonuna ölkə ÜDM-nin 121%-nə, 2029-cu ildə isə ÜDM-in 131,7%-nə bərabər olacaq. Co Baydenin prezidentliyi dövründə ABŞ-nin milli borcu 2021-ci ildəki 28 trilyon dollardan 36 trilyon dollardan da çox həddə yüksəlib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта