RU

İlon Mask ABŞ-nin iflasından danışıb– milli borc rekord həddədir

Milyarder İlon Mask bildirib ki, ABŞ dövlət borcu ilə bağlı siyasətini dəyişməsə, virtual iflasla üzləşə bilər. Ölkənin borclanması 36 trilyon dolları keçərək, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir k, “Kalshi” bukmeker kontorunun məlumatına görə, ABŞ-nin dövlət borcunun 250 milyard dollar azalma ehtimalı 36%, 1 trilyon dollar həcmində enməsi isə cəmi 11% təşkil edir.

Mask bu məlumatları şərh edərək deyib: “Ya bunu düzəldəcəyik, ya da faktiki olaraq iflas edəcəyik”.

Xatırladaq ki, Donald Tramp İlon Maskı gələcək administrasiyasının bir hissəsi olacaq yeni Hökumətin Səmərəliliyi Departamentinə həmsədr təyin edib.

Избранный
4
11
azpost.info

10Источники