RU

Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Fins.az xəbər verir ki, sənədə əsasən, bu Qanunda nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortalı Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə sığortalı ləğv edildikdə, yaxud fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə hesabat təqdim edilir.

Bu Qanun 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir.

Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir.

Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.

Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Избранный
1
6
fins.az

7Источники