RU

Mərhum pilot İqor Kşnyakinin həyat yoldaşının ürəkdağlayan fəryadı — VİDEO

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını pilot İqor Knyaşkinin ailəsi cənazənin gətirilməsini gözləyir. 

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, mərhumun cənazəsini gözləyən pilotun həyat yoldaşı göz yaşlarına boğulub. 

Məlumata görə pilotun cənazəsi ekspertiza rəyindən sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
 

 

Избранный
1360
6
demokrat.az

10Источники