RU

Qazaxıstana bu barədə yanlış məlumatı Rusiya tərəfi verib

Qazaxıstana AZAL təyyarəsində oksigen balonu partlaması barədə yanlış məlumatı Rusiya tərəfi verib.

7Times.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 10:53-də Rostovda dislokasiya olunan Uçuşların İdarəolunması Mərkəzinin dispetçer məntəqəsindəki uçuş rəhbəri AZAL-a məxsus təyyarənin sərnişin kabinasında oksigen balonunun partlaması və sərnişinlərin huşunu itirməsi səbəbindən təcili eniş etməli olduğunu deyib və reanimasiya dəstəyi istəyib:

“Bu barədə məlumat alındıqdan sonra bütün xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib” – deyə, məlumatda qeyd olunub.

O da bildirilib ki, hadisələrin xronologiyası haqqında brifinqdə verilən informasiya da məhz Rostovdakı Uçuşların İdarəolunması Mərkəzinin dispetçerinin məlumatlarına əsaslanıb.

APA

Избранный
3
12
7times.az

10Источники