RU

"ABŞ iflas edə bilər"

 ABŞ milli borcunun artması ilə bağlı vəziyyəti dəyişməsə, müflis ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə iş adamı İlon Mask "X" sosial şəbəkəsində bildirib.

"Biz ya bunu düzəldəcəyik, ya da faktiki olaraq müflis olacağıq" sözlərini deyən iş adamı tənzimlənən birja və proqnoz bazarı Kalshi-nin dövlət borcunun səviyyəsi ilə bağlı nəşrinə şərh olaraq qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət borcu ilk dəfə noyabrın 15-də 36 trilyon dolları ötüb.

Fidan
Milli.Az

Избранный
4
1
milli.az

10Источники