Ukraynanın taleyi uğrunda mübarizə sosial şəbəkələrdə və ya qarşıdurmada deyil, dövləti dəstəkləmək üçün konkret tədbirlərlə davam edir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrin baş komandanı Valeri Zalujnı ilə münaqişə yaşaması barədə fikirləri şərh edərkən deyib.
"Hər kəs xatırlamalıdır ki, Ukraynanın taleyi ilə bağlı döyüş davam edir, sosial şəbəkələrdə, siyasi mübahisələrdə deyil...", - deyə dövlət başçısı bildirib.
Milli.Az