“Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsinin AR Səhiyyə Nazirliyinin tabeliyində olan tibbi müəssisələr üçün yumşaq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.
E-huquq.az xəbər verir ki, tenderin qalibi “Evim Tekstil" MMC olub.
Məlumata görə, qalib şirkətə 695.000,83 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə