Hazırkı Amerika administrasiyası İrana “strateji düşmən” kimi baxır və Tehranın addımlarına qarşı çıxmaq niyyətini ona “hərbi siqnal” göndərməklə nümayiş etdirmək imkanlarını araşdırır.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin birinci müavini vəzifəsinə ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülən Kurt Kempbell deyib.
"Hesab edirəm ki, biz indi elə bir vəziyyətdəyik, İran bizim maraqlarımıza çox zidd hərəkət edir. Ona görə də daha da ayıq olmalıyıq. Biz təxribatlara cavab veriləcəyinə, həm dəciddi şəkildə cavab veriləcəyinə dair hərbi siqnal göndərməliyik. Biz onları beynəlxalq miqyasda diplomatik olaraq təcrid etməliyik”, - deyə Kempbell ABŞ Senatının Xarici Əlaqələr Komitəsində onun namizədliyinə baxılması üçün keçirilən dinləmələr zamanı deyib.
Ən son Ağ Evin Milli Təhlükəsizlik Şurasında Hind və Sakit Okean məsələləri üzrə koordinator vəzifəsində çalışmış Kempbell, "Mən yəqin ki, hər səviyyədə İranın bizim strateji düşmənimiz olduğunu düşünürəm", - deyə fikrini yekunlaşdırıb.
Nilay, BakuPost