RU

“Qarabağ: 30 ildən sonra evə dönüş forumu

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Prezidenti İlham Əliyevin iştirak ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.

30 ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forum çərçivəsində ADA Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “ Qarabağın dirçəlişində gənclərin rolu” mövzusunda Gənclər konfransı da baş tutub. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Prezidenti İlham Əliyevin iştirak ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. 30 ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forum çərçivəsində ADA Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “ Qarabağın dirçəlişində gənclərin rolu” mövzusunda Gənclər konfransı da baş tutub.

Bildirilib ki, 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızda xalqımız üçün müqəddəs olan bir çox tarixi və mədəniyyət abidələri dağıdılıb və ya ciddi şəkildə zədələnib. Bu səbəblə abidələrin tezliklə bərpası məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərhal gündəmə gətirildi. Qarabağda işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrin bərpası işğaldan azad edilmiş regionların yenidən qurulmasında prioritet istiqamətlərdəndir.
Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, “İlk dəfə deyil ki, mən ADA Universitetinin forumunda iştirak edirəm. Əslində, mən hər birində iştirak etmişəm. Sonuncu dəfə biz bu ilin may ayında bir qrup beynəlxalq mütəxəssis ilə Şuşada görüşdük və şadam ki, bu dəfə siz Azərbaycanın daha bir azad edilmiş bölgəsi olan Zəngilana səfər etdiniz, bərpa və məskunlaşma işlərinin şahidi oldunuz. Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram”.
Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik.

May ayındakı sonuncu bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı. Cənab İlham Əliyev daha sonra iştirakçıların suallarını cavablandırıb.

Bakı şəhəri M. Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin tarix müəllimi

Heydərova Vəfa

Избранный
275
50
busaat.az

10Источники