HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Rusiyanın HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror aktını pislədiyini söyləyib. Qeyd edib ki, Moskva yalnız HƏMAS-ın siyasi ofisi ilə əlaqə saxlayır.
“HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirdi, biz bunu dərhal qınadıq. HƏMAS-ın Dohada fəaliyyət göstərən siyasi şöbəsi var və bizim o siyasi şöbə ilə əlaqəmiz var. Biz dərhal girov götürülən insanların taleyini müzakirə etmək üçün Dohada adamlarla əlaqə saxladıq”, – deyə Rusiya XİN başçısı Dohada keçirilən forumda onlayn çıxışında bildirib.//Apa