Oxu24.com-un məlumatına görə,“European Pravda” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Moldovada Dnestryanı sərhəd yaxınlığında və Ukrayna sərhədindən 22 kilometr aralıda hərbi təlimlər təşkil olunub.
İdarədən verilən məlumata görə, dekabrın 17-dən 22-dək 22-ci sülhməramlı batalyonun hərbi qulluqçuları Bulboaca təlim mərkəzində təlim keçəcəklər.
"Bununla əlaqədar olaraq, müəyyən edilmiş müddət ərzində hərbi texnikanın milli yollarla hərəkəti təşkil olunacaq", - Moldova Müdafiə Nazirliyi qeyd edir.
İdarədən bildirilib ki, hərbi hazırlıq Milli Ordunun 2023-cü il üçün Hazırlıq Planına uyğun olaraq həyata keçiriləcək.
Müəllif: Afət