AZ

Moldovanın Dnestryanı yaxınlığında hərbi təlimləri başlayıb

Oxu24.com-un  məlumatına  görə,“European Pravda” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Moldovada Dnestryanı sərhəd yaxınlığında və Ukrayna sərhədindən 22 kilometr aralıda hərbi təlimlər təşkil olunub.


İdarədən verilən məlumata görə, dekabrın 17-dən 22-dək 22-ci sülhməramlı batalyonun hərbi qulluqçuları Bulboaca təlim mərkəzində təlim keçəcəklər.

 

"Bununla əlaqədar olaraq, müəyyən edilmiş müddət ərzində hərbi texnikanın milli yollarla hərəkəti təşkil olunacaq", - Moldova Müdafiə Nazirliyi qeyd edir.

 

İdarədən bildirilib ki, hərbi hazırlıq Milli Ordunun 2023-cü il üçün Hazırlıq Planına uyğun olaraq həyata keçiriləcək.

 

Müəllif: Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
43
oxu24.com

10Mənbələr