RU

Cəlilabad sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər

Bakı. Trend:

Cəlilabad rayonun sakinlərindən qanunsuz saxlanılan odlusilahlar təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regionalqrupundan Trend-əverilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraqgötürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunmasıistiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiqsənədləri olmadan qanunsuz saxladıqları 11 ədəd müxtəlif markalı ovtüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvilveriblər.

Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindənCəlilabad rayonu ərazisində keçirilən əməliyyat və profilaktikitədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 59 ədəd müvafiqsənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Избранный
367
30
az.trend.az

10Источники