RU

NATO zabitindən Ukraynaya bəd xəbər: ABŞ heç vaxt...

Amerika Hərbi Dəniz Qüvvələrinin istefada olan birinci dərəcəli kapitanı Harri Tabax Ağ Evin heç vaxt Kiyevin Rusiya ilə münaqişədə qələbəsini təmin etməyə çalışmadığını söyləyib.

Publika.az xəbər verir ki, o, bu barədə “Politek a YouTube” kanalı ilə söhbətində bildirib.

O vurğulayıb ki, Vaşinqton nümayəndələri tezliklə Ukraynanı Rusiya Federasiyası ilə danışıqlara məcbur edəcəklər. Bunun 2024-cü ilin sonunda Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri zamanı baş verməsi tamamilə mümkündür.

“Co Bayden və onun administrasiyası heç vaxt hədəflərinin Ukraynanın qələbəsi olduğunu bəyan etməyib. Onlar dəfələrlə bəyan ediblər ki, məqsədləri Ukraynanın müstəqil olmasıdır”, - Tabax qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton heç vaxt “ərazilərinizi qaytarın” deməyib. Diplomatik cəbhədə ukraynalılar tamamilə uğursuz oldu, çünki onların hərəkətləri Almaniya, Macarıstan, Polşa və İsrailin narazılığına səbəb oldu.

Избранный
248
37
publika.az

10Источники