RU

Küçədə yaşayaraq özünü cəzalandıran ağsaqqal danışdı

"Baku" TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Publika.az xəbər verir ki, verilişin budəfəki sayında küçədə yaşayan 64 yaşlı Əli adlı kişi öz həyat hekayəsini danışıb.

Onun sözlərinə görə, evi satıldığından yaşamağa yeri yoxdur:

“Bir oğlum var idi, o da avtomobil qəzasında dünyasını dəyişib. Evi oğlum satmışdı. Sonra da qəzaya düşdü, ev ala bilmədik. Əlimdəki pulla kirayədə qalırdım. Üç-dörd aydır bu vəziyyətdə yaşayıram”.

Küçədə yaşayan şəxs “yaxşı adam deyiləm. Həyatdan küsmüşəm. Xahiş edirəm, məni narahat etməyin” deyərək sığınacağa yerləşdirilmək təklifindən imtina edib.

Избранный
393
19
publika.az

10Источники