Küçədə yaşayaraq özünü cəzalandıran ağsaqqal: "Yaxşı adam deyiləm" - VİDEO
Küçədə yaşayan 64 yaşlı Əli adlı kişi öz həyat hekayəsini danışıb.
Sonxeber.az xəbər verir ki, "Arzunun vaxtı" verilişinə danışan 64 yaşlı kişinin sözlərinə görə, evi satıldığından yaşamağa yeri yoxdur:
""Bir oğlum var idi, o da avtomobil qəzasında dünyasını dəyişib. Evi oğlum satmışdı. Sonra da qəzaya düşdü, ev ala bilmədik. Əlimdəki pulla kirayədə qalırdım. 3-4 aydır bu vəziyyətdə yaşayıram".
Bununla yanaşı küçədə yaşayan şəxs sığınacağa yerləşdirilməkdən imtina edib:
""Yaxşı adam deyiləm. Həyatdan küsmüşəm. Xahiş edirəm, məni narahat etməyin".