Füzuli rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə şəhid ailələrinin və şəhid övladlarının iştirakı ilə “Bayramınız mübarək, əziz şəhid ailələri” adlı tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində keçirilən tədbirdə şəhid ailələri ilə bərabər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər, ziyalılar da iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfərdən söz açılıb, əsasında Ulu Öndər Heydər Əliyev siyasəti dayanan və Zəfərə aparan yolun şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq dolu döyüş yolundan keçdiyini diqqətə çatdırıb. Bütün şəhid ailələri səmimi-qəlbdən təbrik edilib, qarşıdan gələn illərin dövlətimiz, xalqımız üçün uğurlu xeyirli olması arzulanıb.
Füzuli Dövlət Dram Teatrının hazırladığı şou proqram şəhid övladlarının böyük marağına səbəb olub.
Sonda rayon icra hakimiyyəti tərəfindən şəhid övladlarına hədiyyələr təqdim edilib.