"Qəbələ"nin 37 yaşlı kapitanı Asif Məmmədovun növbəti mövsüm futbol oynayıb-oynamayacağı komandasının mövsümün sonunda göstərəcəyi nəticədən asılı olacaq.
Rekord.az xəbər verir ki, "Qəbələ" Premyer Liqada yerini qoruyacağı halda Məmmədov daha 1 il komandada qalacaq.
I Liqaya düşəcəyi təqdirdə isə böyük ehtimalla karyerasını bitirəcək.