Fransada məhkəmə heyvanlara amansızlıq cinayəti ilə bağlı qərarını açıqlayıb."Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, “Le Parisien”in məlumatına görə, Lil Cəza Məhkəməsi “Lanna” adlı pişiyin sahibinə 2023-cü ilin iyul ayında zibil qutusunda ölü tapıldıqdan sonra “heyvana amansızlıq” ittihamı ilə açılan işdə qərarını verib. Autizimli uşağını cırmaladığı üçün təxminən bir yaşlı pişiyə işgəncə verib öldürdüyünü etiraf edən təqsirkar 8 ay şərti həbs cəzası verilib və ev heyvanı sahibi olmaq qadağan edilib.Həmçininh məhkəmə simvolik qərar çıxarıb və əzab çəkən pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib.Heyvan haqları müdafiəçisi və iddianın tərəfi olan Nord Region Heyvanları Müdafiə Birliyinin nümayəndəsi hüquqşünas Graziella Dode sosial media hesabındakı paylaşımında Lill Cəza Məhkəməsinin qərarını açıqlayıb və bu qərarı “inkişafına doğru bir addım” kimi qiymətləndirib. Qeyd edək ki, Fransada bir ilk olan məhkəmənin qərarı heyvansevərlər tərəfindən müsbət qarşılanıb.Mənbə: Haber global
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта