RU

Lavrov: Paşinyanın Zəngəzurdan yol verməməsi...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Paşinyanın regiondakı tranzit şəraiti ilə bağlı açıqlamalarında məntiq görmədiyini deyib.
Aktual.az xəbər verir ki, bu barədə o, 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
Lavrov qeyd edib ki, Paşinyanın Ermənistan ərazisindən tranzit üçün Azərbaycandan Naxçıvana İran ərazisindən tranzitdə istifadə olunacaq eyni şərtlərin olmasını istəməsində heç bir məntiq yoxdur:
"Bu marşrutları müqayisə etmək yersizdir”.
"Əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına alternativ yoxdur, onun parametrləri üçtərəfli sazişlə müəyyən edilib. Marşrut Rusiya FTX-nin sərhəd xidmətinin nəzarəti altında olan Ermənistanın suveren ərazisindən keçir. Orada Azərbaycandan Ermənistana giriş və Ermənistandan Azərbaycanın Naxçıvan bölgəsinə çıxışı zamanı sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb”, - Lavrov bildirib.
Избранный
154
5
aktual.az

10Источники