RU

Finlər təəccüb içindədir: "Putin sanki başqa birisidir..."

 
"Hazırkı Putin 90-cı illərdə Finlandiyada təbiətin qoynunda stolüstü tennis oynayan adamdan çox fərqlənir..."
 
"90-cı illərin əvvəllərində Putin bir çox başqaları kimi Sovet İttifaqının xarabalıqları arasında özünə Günəş altında yer axtaranlardan yalnız biri olub..."
 
"O zaman fin şirkətləri özlərini futbol meydançasına çıxan, amma xokkey qaydaları ilə oynamalı olacaqları söylənilən futbolçular kimi hiss edib..."
 
Finlandiyada köhnə bir video dərc edilib. Sankt-Peterburq meriyasının xarici əlaqələr üzrə komitəsinin gənc sədri Vladimir Putin Raseborqda mötəbər villada stolüstü tennis oynayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Finlandiyanın "Ilta-Sanomat" nəşri yazıb.
 
Nəşrin redaksiyası o zaman onunla görüşən həmsöhbətləri arayıb tapıb. İndi onları təəccübləndirən, görün, nədir.
 
Baxmayaraq ki, Vladimir Putin Finlandiyanı uzaq 1990-cı illərdə ziyarət edib, bəzi finlər hələ də o zaman onunla görüşlərini xatırlayır. O zaman Putinin həyat tərzi indikindən tamamilə fərqlənib.
 
Sentyabrın 25-də Finlandiyanın "Yle" şirkəti 1990-cı ilin əvvəllərində prezident Vladimir Putinin iştirakı ilə özəl tədbirlərin birində çəkilmiş nadir videoyazı dərc edib. 
 
Şirkətin məlumatına görə, video Putinin "Thomesto Group" şirkətinin Finlandiyanın Raseborq şəhərindəki mötəbər villasını ziyarət etdiyi zaman çəkilib ("Thomesto Group" emal edilməmiş oduncağın alışı və daşınması ilə məşğuldur).
 
Videoda Putinin stolüstü tennis oynadığı, balıq tutduğu və piknikdə iştirak etdiyi əks olunub. O, idman kostuyumunda və qolsuz idman köynəyindədir. Putin sifətində təbəssümlə stolüstü tennis oynayır.
 
O zaman Vladimir Putin hələ Rusiyanın prezidenti deyildi və Moskvanın hakimiyyət dəhlizlərinə daxil olmayıb. "Yle" şirkətinin məlumatına və Putinin rəsmi tərcümeyi-halına görə, o, Sankt-Peterburq administrasiyasında xarici əlaqələrə cavabdeh olub.
 
Prezident Putin öz ictimai imicinə çox diqqətlə yanaşır. O, harada və hansı şəraitlərdə özünün foto və ya videosunun çəkilişi məsələsində diqqətlidir.
 
Lakin 1990-cı illərin əvvəllərində o, bir çox başqaları kimi Sovet İttifaqının xarabalıqları arasında özünə "Günəş altında yer" axtaranlardan yalnız biri olub.
 
O zaman bir neçə başqa finlər də Putinlə tanış olmaq fürsəti qazanıb. Onlardan biri nəşrə Rusiyanın indiki prezidenti ilə ünsiyyət təcrübəsindən danışıb. Mövzunun incəliyini nəzərə alaraq həmsöhbətin adı məqalədə göstərilmir.
 
Həmsöhbət Putinin fin şirkətinin villasını ziyarət etməsində qəribə heç nə görmür. Onun sözlərinə görə, 90-cı illərdə Vladimir Putin tez-tez Finlandiyanı ziyarət edib. Bir çox fin şirkətləri yenicə açılan Rusiya bazarında möhkəmlənməyə cəhd edib.
 
"O zaman Rusiya ilə ticarətlə məşğul olan şirkətlər qarşılıqlı səfərlər təklif edib". "Fin şirkətləri üçün o dövr vacib və sadə olmayıb. Şirkətlər özlərini futbol meydançasına çıxan, amma birdən xokkey qaydaları ilə oynamalı olacaqları söylənilən futbolçular kimi hiss edib.
 
Lakin meydançada buz yoxdur, qapılar isə çox böyükdür, həm də idman inventarı da yoxdur", - həmsöhbət o illəri belə təsvir edir.
 
SSRİ dağılandan sonra Sankt-Peterburqda həddən artıq xarici biznesmen peyda olub. Onların arasında finlər də olub. 1990-cı illərin əvvəllərində Putin sonradan vətəndaşların onun prezidentliyi dönəmində gördüyü kimi özünə inamlı, hakimiyyəti hiss edən Rusiya lideri olmayıb.
 
Nəşrin həmsöhbəti Putinlə ilk görüşündə onun sakit tərzdə danışdığını xatırlayıb: "Hazırda əsrin dörddə biri qədər müddətdə hamının gözləri qarşısında olan Rusiya prezidentinin nitq manerası tamamilə başqadır".
 
Bu zaman fin hiss edir ki, qeyri-adi adamla üz-üzədir: "O, özünü bu qədər güclü cəlb etməyib. Əlbəttə, o, istəsəydi, bunu bacarardı".
 
1990-cı illərdə Putinlə tanış ilan finlər 1999-cu ildə o, baş nazir təyin ediləndə, yərqin ki, təəccüb ediblər. Bu məqamadək Vladimir Putin sakit və nəzakətlə danışıb, kifayət qədər təmkinli olub. Heç nə onun siyasi lider olacağından xəbər verməyib.
 
Nəşrin həmsöhbəti hesab edir ki, hazırkı Putin 90-cı illərdə Finlandiyada təbiətin qoynunda stolüstü tennis oynayan adamdan çox fərqlənir. 
 
Nəşrin dərc etdiyi kadrlarda onun ən çox gözünə dəyən özəl tədbirdə çəkilən və ev videosunu xatırladan videoda Putinin görünüşü olub. "Sanki başqa bir adamdır. Ola bilsin ki, bu videoda ən təəccüblüsü də elə budur".
 
Müəllif: Yoona Laukkanen (Joona Laukkanen)
Избранный
143
3
moderator.az

4Источники