Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanda səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin
Bildirilib ki, nazir Türkiyənin Sofiyadakı səfirliyində Haqq və Azadlıqlar Hərəkatının həmsədr namizədləri Cövdət Çakırov və Delyan Peevski ilə görüşüb.
Qeyd edək ki, Haqq və Azadlıqlar Hərəkatı üzvləri əsasən Bolqarıstanın türkəsilli vətəndaşlarından ibarət olan siyasi partiyadır. Partiya Bolqarıstanın parlamentində 240 yerdən 36-nı tutub.