RU

Rusiya NATO təlimini özü üçün təhdid hesab edir - Peskov

Rusiya öz sərhədləri yaxınlığında NATO-nun irimiqyaslı təlimlər keçirməsini özü üçün təhdid hesab edir.Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib."Biz bunu təhdid kimi qəbul edirik. Bu, qarşıdurmadır. NATO ABŞ-nin idarəetməsi altında qarşıdurma vasitəsi kimi formalaşıb", - o deyib.Peskov, həmçinin, Rusiyanın müvafiq tədbirlər gördüyünü qeyd edib."NATO-nun öz hərbi infrastrukturunu sərhədlərimizə doğru hərəkət etdirdiyini müşahidə edirik", - o deyib.Qeyd edək ki, NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb. Bu, NATO-nun "soyuq müharibə"dən sonrakı ən böyük təlimi olacaq. May ayının sonuna qədər davam edəcək "Steadfast Defender 2024" təlimlərində 90.000 hərbçinin iştirak edəcəyi bildirilir. Təlimlərdə NATO-ya üzv dövlətlərlə yanaşı, ittifaqa üzvlüyə namizəd İsveç də iştirak edəcək. Təlimlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə edəcək.

Избранный
99
3
olaylar.az

4Источники