Azərbaycan və Ermənistanı yaranan fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı danışarkən deyib.
“İxtilafların sülh yolu ilə həllinə çağırır və hesab edirik ki, regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar”, - deyə Kənani qeyd edib.
O, həmçinin iki dövlət arasında sülh sazişi bağlanmasının sürətləndirilməsinin zəruriliyini bildirib.
Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.