AZ

İrandan Bakı və İrəvana çağırış...

Azərbaycan və Ermənistanı yaranan fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İslam Respublikası  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı danışarkən deyib. 

 

“İxtilafların sülh yolu ilə həllinə çağırır və hesab edirik ki, regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar”, - deyə Kənani qeyd edib.

 

O, həmçinin iki dövlət arasında sülh sazişi bağlanmasının sürətləndirilməsinin zəruriliyini bildirib.

 

Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
senzor.az

5Mənbələr