RU

Xaçmazda vətəndaşlara qarşı 3 milyonluq DƏLƏDUZLUQVİDEO

Vətəndaşlara müxtəlif vədlər verərək pullarını mənimsəyiblər.

Xezerxeber.az xəbər verir ki, söhbət milyonlardan gedir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərova şübhəli kimi saxlanılıb.

Bildirilib ki o, tamah niyyəti ilə ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə əlli beş min manat pulunu ələ keçirib.

Zərərçəkmişlərdən biri də Telman Əhmədovdur.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov da şübhəli kimi saxlanılıb.

O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmişlərə ümumilikdə üç milyon manatdan artıq zərər vurub.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Избранный
253
1
xezerxeber.az

10Источники