"F-16 təyyarələri Ukraynaya mümkün qədər tez verilməlidir".Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) “Azadlıq” radiosuna müsahibəsində deyib.“Biz hamımız qırıcıların mümkün qədər tez Ukraynada olmasını istəyirik”, - o bildirib.Amma Y.Stoltenberq dəqiq tarix açıqlamayıb.Baş katib, həmçinin qeyd edib ki, rəsmi Kiyevin özünümüdafiə hüququ var.