RU

Bakıdan İstanbula uçan təyyarə Ankarada təcili ENİŞ ETDİ  

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib. 

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. 

Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək. 

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. 

Bizim.Media
 

Избранный
193
50
bizim.media

10Источники