RU

7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO

Tarix: 22 Mart 2024 18:10

Mardinin Yeşilli mahalının bələdiyyə sədri vəzifəsini icra edən Hayrettin Dəmirin ofisində xanımlara qarşı etdiyi əxlaqsız hərəkətlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 7 uşaq atası olan 57 yaşlı məmurun 25 yaşlı işçisinə qarşı etdiyi hərəkət təcavüz kimi qiymətləndirilib.
Sözügedən görüntülərlə bağlı Halktv.com.tr-yə açıqlama verən Hayrettin Dəmir görüntülərdəki şəxsin özü olduğunu etiraf edib və hərəkətlərinin təcavüz olmadığını deyib.
25 yaşlı xanım işçisi ilə ata-qız münasibəti olduğunu deyən Dəmir, görüntülərdə qeyi-etik bir hərəkətin olmadığını bildirib. Məlum görüntülər ortaya çıxdıqdan sonra xanım bələdiyyə işçisi iş yerini dəyişərək başqa bir bələdiyyəyə keçib.
Qeyd edək ki,martın 31-də keçiriləcək seçkilərdə Hayrettin Dəmirin yenidən namizədliyi irəli sürüləcək.



Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
7
sonxeber.net

8Источники