İrəvanda polis bölməsinə hücum edən üç nəfərdən ikisi həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İstintaq Komitəsi yayıb.
Mənbə bildirir ki, İrəvanın Nor-Nork rayonunda polis bölməsinə hücumla bağlı üç nəfər terrorçuluqda, habelə odlu silah və döyüş sursatı saxlamaqda ittiham olunub.
Onlardan ikisi məhkəmənin qərarı ilə həbs edilib. Üçüncü şəxsin isə hazırda tibb müəssisəsində stasionar müalicəsi davam etdirilir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта