RU

Prezident İlham Əliyev: Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir

Prezident

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı, həmçinin aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasının, qeyri-inklüziv xarakter daşımasının və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulayıb.

Избранный
129
3
azertag.az

10Источники