Gürcüstanın Xalq Gücü Partiyasının lideri Quram Maçaraşvili ölkə prezidenti Salome Zurabişvilini söndürməyi unutduqları ütü ilə müqayisə edib.
Oxu24.com xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.
“Uşağa kibrit verməməli, evdə ütü qoymamalı olduğu kimi, prezidenti də xaricə buraxmamalısan. Bu adam partlayıcıdır”, - deyə Maçaraşvili prezidentin Litvaya səfərinə qadağa qoyulmasını şərh edərkən bildirib.
Deputat hesab edir ki, prezidentin başqa ölkələrə səfərindən imtina etməsi həm ölkəyə, həm də Zurabişvilinin özünə xeyir verəcək: “Aydındır ki, o, Gürcüstanla maraqlanmır, ziyanı yoxdur. Amma Gürcüstan nə qədər az zərbə alsa, o qədər də formal prezident bir o qədər yaxşıdır”.
Bundan əvvəl ölkə hökuməti Salome Zurabişvilinin Baltikyanı ölkələrə işgüzar səfərə getməsinə qadağa qoyub.
Nigar