RU

Şahmat üzrə Azərbaycan çempionu bu qədər mükafat alacaq

Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə AŞF-nin birgə təşkil edəcəyi yarış 9 turdan ibarət olacaq

İlk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcəklər. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaqlar.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat mükafat əldə edəcək.

Qeyd edək ki, kişi şahmatçılar arasında ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.

Избранный
188
11
redaktor.az

10Источники