RU

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Hüquqi şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməyəcək.

 

Bu, Milli Məclisin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Bu halda publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olacaq.

 

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməməsinə dair tələb yalnız qeyri-hökumət təşkilatlarına şamil olunur.

Tarix: 20 Aprel 2024, 20:37   
Избранный
150
16
pravda.az

10Источники