RU

Nazim Əhmədovun qətli Azərbaycandan "sifariş" edilib?

Moskvada, Balaşixada arvadının gözü önündə qətlə yetirilən iş adamı Nazim Əhmədov barəsində inanılmaz iddia irəli sürülüb.

Axar.az xəbər verir ki, “Maş” Teleqram kanalının iddiasına görə, guya Nazim Əhmədovun qətlini “Azərbaycanda qalan” arvadı sifariş edə bilərdi.

Qeyd olunur ki, Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofelya da qətl zamanı maşında olub. Qatil onu da öldürməyə çalışıb, ancaq gülləsi “yan keçib”. Ər-arvad biznesi birgə qurduqları üçün “Yunis” adlı mağazalarına da birgə gəlib-gedirlərmiş.

Bildirilir ki, ərzaq mağazasını Nazim Əhmədovun oğlu idarə edir.

Qeyd edək ki, bu iddiada Nazim Əhmədovun “Azərbaycanda qalan arvadı” haqda heç bir bilgi yoxdur, “61 yaşlı keçmiş əri öldürtmək” absurd-versiyasını kanalın hansı mənbəyə istinadla və niyə ortaya atdığı da məlum deyil. Halbuki mağazanın “Yunis” adlanması və ora oğlunun nəzarət etməsi mərhum iş adamının ailəyə bağlılığını göstərir.

Azərbaycanlı gənc qətl törədəndə bunu azərbaycanlılara qarşı kampaniyaya çevirmək, azərbaycanlı iş adamı qətlə yetiriləndə isə bunu “Azərbaycandan gələn sifariş kimi” yozmağa cəhd etmək Rusiya mediasında ölkəmizə qarşı təbliğatın arzulanmaz istiqamətdə və açıq qərəzlə genişləndiyini təsdiqləyir.

Избранный
151
9
axar.az

10Источники