Fransa çempionatının 30-cu turunun matçında PSJ öz stadionunda “Lion”a 4:1 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, ilk hissədə rəqiblər hərəyə beş qol vurublar. Artıq oyunun əvvəlində Lukas Beraldo PSJ-nin ilk qolunu vurub, Nemanya Matiç isə topu öz qapısına göndərib. Həmçinin, Qonsalu Ramuş dubl edib, “Lion”un heyətində isə Ernest Nuama fərqlənib. Fasilədən sonra tabloda hesab dəyişməyib.
PSJ Liqa 1-in turnir cədvəlində inamla liderlik etməyə davam edir. “Lion” isə səkkizinci yerdədir.
Fransa çempionatının növbəti turunda PSJ “Loryan”, “Lion” isə “Monako” ilə qarşılaşacaq.