RU

Heydər Əliyev sayəsində BAM-ın tikintisi ilə əlaqədar problemlər həll olundu - Veteran

Heydər Əliyev sayəsində Baykal-Amur Magistralının (BAM) tikintisində ortaya çıxan problemlər həll olundu.

Day.Az xəbər verir ki, bu barədə "BAM Birliyi" ictimai təşkilatının qəyyumlar şurasının üzvü Vyaçeslav Aksyonov Kremldə jurnalistlərə deyib.

"O, on gün ərzində Baykal-Amur Magistralını gəzdi, qəsəbələrdə dayandı, inşaatçılarla söhbət etdi, onların problemləri ilə maraqlandı. Sonra Moskvada artıq bütün bu məsələlərin həllində rəhbərliyimizə köməklik göstərdi. Çünki yalnız Moskvada və nazirliklərdə həll olunmalı mürəkkəb problemlər çox idi", - o deyib.

Vyaçeslav Aksyonov qeyd edib ki, minnətdarlıq əlaməti olaraq Anqoya stansiyasında Heydər Əliyevin adını daşıyan xatirə lövhəsi qoyulub.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir. Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralın tikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaq qərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüş nöqtəsi oldu.

Избранный
43
2
day.az

3Источники