RU

İtaliyanın “Milan” klubu baş məşqçisi ilə yollarını ayıracaq

İtaliyanın “Milan” klubu cari mövsümün sonunda baş məşqçisi Stefano Pioli ilə yollarını ayıracaq.

"İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, “rossonyerilər” artıq yeni baş məşqçi axtarışına başlayıb.

İtaliya A Seriyasının XXXIII turunda “İnter”ə 1:2 hesablı məğlubiyyət "Milan" rəhbərliyinin fikrini qətiləşdirib.

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında Milan təmsilçisinə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “qırmızı-qaralar” 2021/2022 mövsümünü çempion olaraq başa vurub.

Избранный
44
1
ikisahil.az

2Источники