İtaliyanın “Milan” klubu cari mövsümün sonunda baş məşqçisi Stefano Pioli ilə yollarını ayıracaq.
"İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, “rossonyerilər” artıq yeni baş məşqçi axtarışına başlayıb.
İtaliya A Seriyasının XXXIII turunda “İnter”ə 1:2 hesablı məğlubiyyət "Milan" rəhbərliyinin fikrini qətiləşdirib.
Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında Milan təmsilçisinə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “qırmızı-qaralar” 2021/2022 mövsümünü çempion olaraq başa vurub.