RU

Elektron siqaretdən istifadə qadağan olunsun! – Təklif

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib.

Axar.az xəbər verir ki, komitə sədri parlamentin bugünkü çıxışında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.

T.Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:

“Xanım sədr, əgər siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda isə buna qadağa yoxdur və il ərzində təxminən, 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur. Əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.

Избранный
92
19
axar.az

10Источники