RU

"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.

 

Sfera.az bildirir ki, daha əvvəl məşqçi ilə "Barselona" və "Bavariya" maraqlanırdı.

 

İspaniyalı isə İngiltərə klubunda xoşbəxtdir. Həmçinin bildirilir ki, klub Emeri ilə müqavilənin daha da uzadılmasını müzakirə etmək üçün danışıqlar masasına oturmaq niyyətindədir.

 

Xatırladaq ki, “Aston Villa”ya qədər Unai Emeri “Vilyarreal”da çalışıb. O, klubu ilə 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub. Bundan əlavə, ispaniyalı "Sevilya" ilə bu turnirdə 3 dəfə qalib olub.

 

Emeri PSJ-də də çalışıb və 2018/2019 mövsümündə Fransa çempionu olub. İki dəfə Fransa Kubokunu, iki dəfə Fransa Liqa Kubokunu və iki dəfə Fransa Super Kubokunu qazanıb.

 

Fatimə Lətif

Избранный
88
sfera.az

1Источники