İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.
Bildirilib ki, buna səbəb “MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması olub. Belə ki, diplomatdan aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya rezidentinin azad edilməsi tələb olunub.
Qeyd edilib ki, Estoniya Xarici İşlər Nazirliyi saxlanılan gəminin göyərtəsindəki vəziyyəti izləyir, heyətlə əlaqə saxlayır, estoniyalı diplomatlar isə vəziyyətin həlli üçün bütün səylərini göstərirlər.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта