Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib...Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:“Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğu üçün həkim də deyib ki, problem yoxdur. Mənim də uşaq vaxtı kirpiyim o qədər uzun olub ki, yuxudan ayılanda bir-birinə yapışırdı, açılmırdı”.Valideynləri deyiblər ki, Ümüdün kirpiklərini bir neçə dəfə kəsiblər. Əvəzində isə uşağın kirpikləri daha sıx və cod uzandığı üçün artıq buna ehtiyac duymurlar.Ətraflı Baku TV-nin süjetində:Poliqon.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта